ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Qida məhsullarının keyfiyyəti və texnologiyası”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 33) növbəti iclası keçirilib.
12 Mart, 2024

     İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Qida məhsullarının keyfiyyəti və texnologiyası”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 33) növbəti iclası keçirilib.

İclasda AZSTAND, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu, Əkinçilik Elmi Tədqiqat İnstitutu, AMEA-nin Genetik Ehtiyatlar İnstitutu, Qida Təhlükəsizliyi Agentliyi,  Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik Elmi Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyası, “Azərsun Holdinq” MMC, “Milla Dairy” MMC, “M&T LTD” MMC, "Agro Food investments" MMC, “Zəhmət Ruzi” MMC və “GULKHANE” MMC-nin nümayəndələri iştirak ediblər.

Görüşdə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın 8.2.4-cü bəndinin icrası məqsədi ilə qida məhsulları, onlarla əlaqəli proseslər və istehsal metodlarına dair müvafiq dövlət standartlarından məcburi tələblərin çıxarılmasının təşkili məqsədilə dövri yoxlaması aparılmış 35 dövlət standartının layihəsi qəbul edilib. 

Yekunda, AZS XXX:2024 “Kreker (Quru Peçenye). Ümumi texniki şərtlər”, AZS XXX:2024 “Süd məhsulları. Pudinq. Ümumi texniki şərtlər” və AZS XXX:2024 (ГОСТ 16978-2019) “Tomat sousunda balıq konservləri. Texniki şərtlər” dair yeni dövlət standartları qəbul edilib, AZS 372-2012 “Halal ət məhsulları istehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələblər" və AZS 386-2012 “Halal termininin istifadəsi üzrə ümumi qaydalar” dövlət standartlarının ləğv edilməsi  təsdiqlənib və ümumilikdə 40 standart layihəsinə dair müvafiq qurumların rəy və təklifləri müzakirə edilib.
 

Tarix:

12 Mart, 2024