ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Qida məhsullarının keyfiyyətinin və texnologiyası”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 33) növbəti iclası keçirilib.
16 İyul, 2024

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) tərəfindən təsis edilən "Qida məhsullarının keyfiyyətinin və texnologiyası"nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 33) onlayn formatda növbəti iclası keçirilib.

İclasda AZSTANDART-ın nümayəndələri ilə yanaşı Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA),  “Milla Dairy” MMC “Azərsun Holdinq” MMC-nin nümayəndələri iştirak ediblər.

İclas zamanı Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2023-cü il tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nınTədbirlər Planına uyğun olaraq beynəlxalq standartlar, o cümlədən qida sənayesi üzrə mövcud olan digər standart layihələrinə dair müzakirə aparılıb, rəy və təkliflər təqdim edilib.

İclasın yekununda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndəsi “Qida məhsullarının keyfiyyətinin və texnologiyası”nın standartlaşdırılması üzrə Texniki Komitəyə (AZSTAND/TK 33) səsvermə yolu ilə daxil edilib.

 

Tarix:

16 İyul, 2024