ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Qida məhsullarının keyfiyyətinin və texnologiyası”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 33) növbəti iclası keçirildi.
24 May, 2022

19 may 2022-ci il tarixində Tvinninq layihəsi çərçivəsində Bakıda səfərdə olan Almaniya Standartlar İnstitutunun (DİN) ekpertinin iştirakı ilə “Qida məhsullarının keyfiyyətinin və texnologiyası”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 33) “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin Aqrar və qida sənayesinin standartlaşdırılmsı şöbəsinin müdiri Bayram Əliyevin sədrliyi ilə AZSTAND-ın inzibati binasında növbəti iclası keçirilmişdir.

“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin Baş direktorunun I müavini – baş direktor vəzifəsini müvəqqəti icra edən İlham Bayramov “Qida məhsullarının keyfiyyətinin və texnologiyası”nın standartlaşdırılması üzrə Texniki Komitənin iclasının açılışını edərək, bütün iştirakçıları salamladı və sözügedən Texniki Komitənin vacibliyini, qida təhlükəsizliyinin təmin olunmasından və keyfiyyətli qida məhsullarının istehsalından ətraflı danışdı.

İclasda “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin, Azad İstehlakçılar Birliyi”nin (AİB), “Azərbaycan Ət və Ət məhsulları” İstehsalçıları İctimai Birliyinin, “M&T” LTD firmasının, “SƏBA” ASC-nin, “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” PHŞ-nin, "Agro Food investments" MMC-nin və Dağ Yəhudilərinin Dini İcmasının nümayəndələri iştirak etmişdir.

İclas zamanı dövri yoxlaması aparılmış AZS 117-2004 “Sosiskalar, sardelkalar, ət çörəkləri. Ümumi texniki şərtlər”, AZS 104-2003 “Yarım hisə verilmiş kolbasalar. Ümumi texniki şərtlər”, AZS 100-2003 “Bişmiş kolbasalar. Ümumi texniki şərtlər”, AZS 217-2006 “Qoyun südü. Tədarük tələbləri”, AZS 298-2008 “İçməli süd. Ümumi texniki şərtlər”, AZS 328-2008 “Dadverici qatqılarla hazırlanan süd”, AZS 208-2006 “Dovğa üçün pasta” və Dağ Yəhudilərinin Dini İcması tərəfindən işlənib hazırlanmış AZS XXX:2022 "Koşer qida. Ümumi rəhbəredici sənəd" standart layihəsi üzərində geniş müzakirələr aparılmışdır.

İclas zamanı Texniki Komitənin fəaliyyəti istiqaməti haqqında, dövri yoxlaması aparılmış dövlət standartlarına əlavə olunacaq təkliflərdən və ölkədə bu sahədə aparılan işlərdən ətraflı danışılmışdır.

 

 

 

Tarix:

24 May, 2022