ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Qida məhsullarının keyfiyyətinin və texnologiyası”nın standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası keçirilib
2 Aprel, 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Qida məhsullarının keyfiyyətinin və texnologiyası”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 33) hibrid formatda növbəti iclası keçirilib.
İclasda Azərbaycan Standartlaşdırma İnstitutunun, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemologiya Mərkəzinin, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun, Qida Təhlükəsizliyi Agentliyinin, “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” PHŞ-nin, “Azərsun Holdinq” MMC-nin, “Veysəloğlu” MMC-nin “Ulduz şokolad” fabrikinin nümayəndələri iştirak ediblər.
Görüşdə Birləşmiş Millətlər Təşkilatının “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi” üzrə Konvensiyasının “Su və Sağlamlıq Protokolu”na əsasən Azərbaycan Respublikası tərəfindən rəsmi qəbul edilmiş Məqsədli Göstəricilərin icrası ilə bağlı, Azərbaycan Respublikası Səhiyyə Nazirinin “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” dövlət standartının hazırlanması məqsədi ilə işçi qrupun yaradılması barədə” 23.12.2021-ci il tarixli, 109 nömrəli əmri ilə yaradılmış aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrup tərəfindən işlənib hazırlanan AZS XXX:2023 “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” dövlət standartı layihəsi və “Veysəloğlu” MMC «Ulduz şokolad » Fabriki  tərəfindən işlənib hazırlanan AZS XXX:2023 (ДСТУ 4135-2021) “Konfetlər.  Ümumi texniki şərtlər”, AZS XXX:2023 (ДСТУ 3893-2016) “Karamel. Ümumi texniki şərtlər” və AZS XXX:2023 (ДСТУ 42282021) “Draje. Ümumi texniki şərtlər” dövlət standartları layihələri müzakirə edilib
 

Tarix:

2 Aprel, 2023