ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Qida məhsullarının keyfiyyətinin və texnologiyası” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 33) növbəti iclası keçirilib
27 Noyabr, 2025

    Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Qida məhsullarının keyfiyyətinin və texnologiyası” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 33) növbəti iclası keçirilib.

İclasda AZSTAND-ın nümayəndələri ilə yanaşı, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, “Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu” PHŞ, Azad İstehlakçılar Birliyi, “Azərsun Holdinq” MMC, “Veysəloğlu” MMC və "Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği" İctimai Birliyinin nümayəndələri iştirak ediblər.

İclas zamanı Avropa və dövlətlərarası standartlar əsasında hazırlanan süfrə zeytunu, yeməklik zeytun yağı, çörək sənayesi üçün buğda unu, meyvə-tərəvəz konservləri, şokolad və şokolad məhsulları, kərə yağı və s. sahələrə aid 33 dövlət standartının layihəsi müzakirə edilib, eləcə də dövri yoxlanılması aparılacaq standartlara nəzər salınıb. Eyni zamanda 4 yeni dövlət standartı layihəsinin qəbulu ilə bağlı müzakirələr aparılıb, üzvlərin rəy və təklifləri dinlənilib.

İclasda həmçinin AZSTAND/TK 33-ə səs çoxluğu ilə yeni üzvlər qəbul olunub, komitənin cari fəaliyyəti və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Tarix:

27 Noyabr, 2025