ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND-ın əməkdaşları ISO 22000 standartı üzrə beynəlxalq akkreditasiyalı Baş auditor sertifikatları əldə ediblər
27 Mart, 2023

SİGMACERT GLOBAL beynəlxalq sertifikatlaşdırma orqanı tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə ISO 22000:2018 beynəlxalq standartının tələbləri əsasında "Qida təhlükəsizliyi idarəetmə sistemi" üzrə Baş auditor təlimi keçirilib.

Təlimin keçirilməsində məqsəd qida və kənd təsərrüfatı sektorunun inkişafına, beynəlxalq standartın yerli müəssisələrdə tətbiqinə, təşkilatlarda mövcud idarəetmə sisteminin təkminləşdirilməsinə dəstək göstərməkdir.

Bu standart, ölçüsündən və fəaliyyət növündən asılı olmayaraq qida zəncirində iştirak edən bütün müəssisə və təşkilatlara tətbiq edilə bilər.

Özəl sektor və assosiasiyaların məsul nümayəndələri də iştirak etdiyi  beş günlük təlimdə standartların tələbləri, auditin aparılması mənimsənilib və praktiki tapşırıqlar yerinə yetirilib.

Təlimdə iştirak edən və imtahanı uğurla keçən AZSTAND-ın əməkdaşlarına EXEMPLAR GLOBAL təsdiqli beynəlxalq akkreditasiyalı Baş auditor sertifikatları təqdim olunub.

Tarix:

27 Mart, 2023