Azərbaycan Standartlaşdırma İnstitutu, “AzerGold” QSC və Azərbaycan Zərgərlər Assosiasiyası tərəfindən təsis edilən “Qiymətli daşlar və qiymətli metallar” standartlaşdırma üzrə güzgü texniki komitənin (AZSTAND/TK36) üzvü seçilməklə, fəaliyyətində iştirak üçün qiymətli metallar (qiymətli metalların rəngləri və örtükləri, analizlər, nümunələr, qarışıqlar) və qiymətli daşlar (nömrələmə sistemi, üzük ölçüləri, brilyant və almazlar) üzrə bilik və təcrübəyə malik şəxslər dəvət olunur.
Texniki Komitənin fəaliyyət istiqaməti qiymətli daşlar və qiymətli metallar sahəsində dövlət standartlarının işlənib hazırlanması, müvafiq sahə üzrə beynəlxalq, dövlətlərarası, regional və xarici dövlətlərin standartlarının ölkə ərazisində tətbiqi üzrə rəy və təkliflərin bildirilməsindən ibarətdir.
Qeyd edək ki, Texniki Komitə standartlaşdırma üzrə normativ sənədlərin hazırlanması məqsədi ilə maraqlı tərəflərin iştirakı ilə yaradılan və ictimai əsaslarla fəaliyyət göstərən məşvərətçi qurumdur.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2023-cü il tarixli 3721 saylı Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinə uyğun olaraq beynəlxalq təcrübə nəzərə alınmaqla, standartlaşdırma üzrə texniki komitələrin fəaliyyətinin təkmilləşdirilməsi nəzərdə tutulub.
Əlaqəli şəxs: Sehranə Rzayeva
Email: sehrana.rzayeva@azstand.gov.az
Telefon : (+99412) 514-96-03 (dax. 113)