ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Qiymətli metallar və qiymətli daşlar” (AZSTAND/TK 36) üzrə Texniki Komitənin ilk iclası keçirildi.
25 May, 2021

21 may 2021-ci il tarixində “Qiymətli metallar və qiymətli daşlar” (AZSTAND/TK 36) üzrə Texniki Komitənin ilk iclası keçirildi. İclasda “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Baş direktorunun müavini – Baş direktor vəzifəsini müvəqqəti icra edən İlqar Həsənov, Texniki Komitənin sədri “AzerGold” QSC-nin Strateji Planlaşdırma ve Biznesin Inkişafı şobəsinin Investisiya ve data analitikasi sektorunun Baş mütəxəssisi Rövşən Əmircanov,  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Baş məsləhətçisi Cəfər Babayev, “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Baş direktorun müavini Kəmalə Məmmədzadə, əlaqələndirici şəxs olaraq ÜTT TTM məlumat-sorğu mərkəzinin müdiri Firuzə Bəhri, “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin Sənaye məhsullarının standartlaşdırılması şöbəsinin müdiri Sədrəddin Qasımov, “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin Sənaye məhsullarının standartlaşdırılması şöbəsinin böyük eksperti  Nərmin Nuri, “LEVATA GROUP” MMC-nin direktoru, “Azərbaycan Zərgərlər Assosiasiyası” İB-nin İdarə heyətinin sədri Toğrul Abbasquliyev, “Azərbaycan Zərgərlər Assosiasiyası” İB-nin üzvü zərgər Vüqar Salehov, “TAC GOLD” MMC direktor müavini Ağamirzə Məlikov, “Zinəti-Zişan” brendinin nümayəndəsi Rövşən Xəlilov, “ShakhFiligree” brendinin təsisçisi Şahin Əlipənahov, Texniki komitənin katibi, LEVATA GROUP” MMC-nin “PANDORA” mağazaları şəbəkəsi üzrə departamentin mütəxəssisi Aysu Süleymanlı iştirak etmişdir.

İclasın gündəliyinə Texniki Komitə üzvləri ilə tanışlıq, son bir il ərzində zərgərlik sənayesinin inkişafı istiqamətində görülən işlər, Texniki Komitə fəaliyyəti istiqaməti haqqında və fəaliyyət planına dair təkliflər, yeni standartların qəbulu və nəzərdən keçirilməsi və Texniki Komitəyə iki yeni üzv seçilməsi salınmışdır.

 “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin Baş direktorunun müavini – Baş direktor vəzifəsini müvəqqəti icra edən İlqar Həsənov iclası giriş sözü ilə açaraq Texniki Komitənin qızıl bazarına vacibliyi haqqında danışıb və Komitənin gələcək fəaliyyətinə uğurlar arzulamışdır.

Texniki Komitənin sədri Rövşən Əmircanov bu ilin may ayında Texniki Komitənin (TK) rəsmiləşdirildiyini qeyd etmiş və TK-yə uğurlar arzu etmişdir. TK-nin sədri Azərbaycanda hal-hazırda qüvvədə olan və tətbiqi nəzərdə tutulan standartlar haqqında ümumi məlumat verib, Azərbaycanın qızıl bazarında mövcüd vəziyyətdən danışdı. İclasda TK-nin sədri tərəfindən təklif edilən standart layihələri müzakirə olunmuşdur.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Baş məsləhətçisi Cəfər Babayev zərgərlik bazarının inkişaf etdirilməsi imkanlarından, Azərbaycan zərgərlik sektorunun potensialından və müasir standartların tətbiqinin vacibliyindən danışıb.

“Azərbaycan Zərgərlər Assosiasiyası” İB-nin İdarə Heyətinin sədri Toğrul Abbasquliyev öz çıxışında qeyd edib ki,  2020-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, “AzerGold” QSC-nin, Dövlət Gömrük Komitəsinin və zərgərlik biznesi nümayəndələrinin iştirakı olmaqla işçi qrupu yaradılmışdır. Həmin işçi qrupu tərəfindən Azərbaycanda hazır zərgərlik məmulatlarının və onların istehsalı üçün lazım olan xammalın idxalı zamanı nəzərdə tutulan gömrük rüsumlarının və vergi yükünün aşağı salınması imkanları ilə bağlı təkliflər müvafiq Dövlət strukturlarına təqdim olunmuş və nəticədə 5 may 2021-ci il tarixindən etibarən Azərbaycana gətirilən işlənməmış və ya yarımişlənmiş, yaxud toz şəkildə gümüş (qızıldan və ya platindən qalvanik örtüklü gümüş daxil olmaqla), işlənməmiş və ya yarımişlənmiş və ya toz şəklində qızıl (platindən qalvanik örtüklü qızıl daxil olmaqla), işlənməmiş və ya yarımişlənmiş, və ya toz şəklində platin 15 faiz idxal gömrük rüsumundan azad edilmişdir. Əlavə olaraq, qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə dəzgahların, avadanlıqların və qurğuların idxalı 2021-ci il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV), idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatların, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazlar isə aksizdən azad edilmişdir.

Sözügedən Texniki Komitənin daha effektivli işləməsi məqsədi ilə qiymətli metallar və qiymətli daşlar sahəsində mütəxəssis olan iki yeni üzvün qəbul edilməsi təklif edilmişdir. Rövşən Əmircanov “TAC GOLD” MMC-nın direktor müavini Ağamirzə Məlikovun və “ShakhFiligree” brendinin təsisçisi, Rəssamlıq Akademiyasının dosenti Şahin Əlipənahovun üzvlüyü barədə səs verməyə qoydu və Komitənin üzvləri yekdil qərarına görə onlar texniki komitəyə üzv qəbul edildilər.

Sonda qiymətli metallar və qiymətli daşlar sahəsində vacib olan 2 dövlətlərarası və 2 beynəlxalq standartın nəzərdən keçirilməsi təklif olundu. Hazırlanmış standart layihələri Texniki Komitənin mütəxəssislərinə təqdim edilməklə rəy və təkliflər daxil olduqdan sonra sonuncular nəzərə alınmaqla standart layihələri təkmilləşdirildikdən sonra yenidən TK-nın müzakirəsinə təqdim edilməsi qərara alınmışdır.

 

Tarix:

25 May, 2021