“Qiymətli metallar və qiymətli daşlar” (AZSTAND/TK 36) üzrə Texniki Komitənin 07 sentyabr 2021-ci il tarixində növbəti iclası keçirildi. İclasda “Texniki Komitənin sədri, ”Azərbaycan Zərgərlər Assosiasiyası” İB, Nəzarət - təftiş komissiyasının üzvü Rövşən Əmircanov, əlaqələndirici şəxs olaraq “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ–nin ÜTT TTM məlumat-sorğu mərkəzinin şöbə müdiri Firuzə Bəhri, Tərcümə və nəşrlər mərkəzinin şöbə müdiri Vüsalə Cəfərova, Sənaye məhsullarının standartlaşdırılması şöbəsinin böyük eksperti Nərmin Nuri, “LEVATA GROUP” MMC-nin direktoru, “Azərbaycan Zərgərlər Assosiasiyası” İB-nin İdarə heyətinin sədri Toğrul Abbasquliyev, “Azərbaycan Zərgərlər Assosiasiyası” İB-nin İdarə heyətinin sədrinin müavini, “Zinəti-Zişah” brendinin təsisçisi Xəlil Xəlilov, “Azərbaycan Zərgərlər Assosiasiyası” İB-nin İdarə heyətinin sədrinin müavini, “Rəsm” brendinin təsisçisi Rəsminə Qürbətova, “Azərbaycan Zərgərlər Assosiasiyası” İB-nin üzvü, zərgər-gemoloq Pərviz Nuriyev, “TAC GOLD” MMC direktor müavini, ”Azərbaycan Zərgərlər Assosiasiyası” İB, Nəzarət – təftiş komissiyasının üzvü Ağamirzə Məlikov, “ShakhFiligree” brendinin təsisçisi, ”Azərbaycan Zərgərlər Assosiasiyası” İB-nin üzvü Şahin Əlipənahov, Texniki komitənin katibi, LEVATA GROUP” MMC-nin “PANDORA” mağazaları şəbəkəsi üzrə departamentin mütəxəssisi Aysu Süleymanlı, ”Azərbaycan Zərgərlər Assosiasiyası” İB-nin üzvü Salehov Vüqar iştirak etmişdir.
İclasın gündəliyinə iki standart layihələrinin təsdiq üçün AZSTANDA təqdim edilməsi, Texniki Komitənin fəaliyyəti istiqaməti haqqında və fəaliyyət planına dair təkliflər, Texniki Komitəyə iki yeni üzv seçilməsi salınmışdır.
İclasda Texniki Komitənin sədri Rövşən Əmircanov ISO 9202:2019 “Jewellery and precious metals — Fineness of precious metal alloys” (“Zərgərlik məmulatları və qiymətli metallar. Qiymətli metalların ərintilərinin əyarları”) və ISO 18323:2015 “Jewellery — Consumer confidence in the diamond industry” (“Zərgərlik məmulatları – Almaz sənayesində istehlakçıların inam”) beynəlxalq standartların dövlət standartları kimi qəbul edilməsi üçün Azərbaycan Standartlaşdırma İnstitutuna müraciət ediləcəyini bildirdi.
“LEVATA GROUP” MMC-nin direktoru, “Azərbaycan Zərgərlər Assosiasiyası” İB-nin İdarə heyətinin sədri Toğrul Abbasquliyev “AzerGold” QSC-nin rəsmi satış və mübadilə mərkəzinin fəaliyyətə başladığı haqqında məlumat verdi.
İclasda yeni üzvlərin TK-ya üzv qəbul olunması müzakirə edildi, TK-nin fəaliyyəti planı haqında onlara məlumat verildi, sonra nümayəndələrin üzvlüyü səs verməyə qoyuldu və yekdil qərara əsasən “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPromo) İxracın təşviqi departamentinin marketinq üzrə meneceri” Şamxal Məmmədov və ”Azərbaycan Zərgərlər Assosiasiyası” ictimai birliyinin üzvü zərgər/ekspert Elçin Yaradanquliyev Texniki Komitəyə üzv qəbul edildilər.