Qiymətli metallar və qiymətli daşlar” (AZSTAND/TK 36) üzrə Texniki Komitənin növbəti iclası keçirildi.
22 İyun 2021-ci il tarixində “Qiymətli metallar və qiymətli daşlar” (AZSTAND/TK 36) üzrə Texniki Komitənin növbəti iclası keçirildi. İclasda “Texniki Komitənin sədri “AzerGold” QSC-nin Strateji Planlaşdırma ve Biznesin Inkişafı şobəsinin Investisiya və data analitikasi sektorunun Baş mütəxəssisi Rövşən Əmircanov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Baş məsləhətçisi Cəfər Babayev, əlaqələndirici şəxs olaraq “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ –nin ÜTT TTM məlumat-sorğu mərkəzinin müdiri Firuzə Bəhri, Sənaye məhsullarının standartlaşdırılması şöbəsinin müdiri Sədrəddin Qasımov, “LEVATA GROUP” MMC-nin direktoru, “Azərbaycan Zərgərlər Assosiasiyası” İB-nin İdarə heyətinin sədri Toğrul Abbasquliyev, “Azərbaycan Zərgərlər Assosiasiyası” İB-nin üzvü zərgər Nuriyev Pərviz, “TAC GOLD” MMC direktor müavini Ağamirzə Məlikov, “ShakhFiligree” brendinin təsisçisi Şahin Əlipənahov, Texniki komitənin katibi, LEVATA GROUP” MMC-nin “PANDORA” mağazaları şəbəkəsi üzrə departamentin mütəxəssisi Aysu Süleymanlı iştirak etmişdir.
Texniki Komitənin sədri Rövşən Əmircanov may ayında baş vermis iclasdan sonra Texniki Komitənin (TK) müzakirəyə çıxartdığı 4 standartın layihəsinin Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən hazırlanması üzrə işlərin aparıldığı bildirdi.
TK-nin sədri Azərbaycanda hal-hazırda qüvvədə olan və tətbiqi nəzərdə tutulan standartlar, qızık sikkə və külçələrin hazırdaki satışı haqqında və Azərbaycanın qızıl bazarında mövcüd vəziyyətindən məlumat verdi. İclasda TK-nin sədri tərəfindən təklif edilən standart layihələri müzakirə olunmuşdur.
Texniki komitənin üzvü Ağamirzə Məlikov ISO 9202:2019 standartının Azərbaycan zərgərlik bazarı üçün vacibliyindən danışıb.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Baş məsləhətçisi Cəfər Babayev təklif edilən standartların gələcəkdə zərgərlik bazarı üçün üstünlüklərini qeyd edib. Əyar palatasının yaranması haqqında Texniki Komitənin üzvləri məlumatlandırılıb.
Sonda qiymətli metallar və qiymətli daşlar sahəsində vacib olan 2 beynəlxalq standartın nəzərdən keçirilməsi təklif olundu. Hazırlanmış standart layihələri Texniki Komitənin mütəxəssislərinə təqdim edilməklə rəy və təkliflər daxil olduqdan sonra sonuncular nəzərə alınmaqla standart layihələri təkmilləşdirildikdən sonra yenidən TK-nın müzakirəsinə təqdim edilməsi qərara alınmışdır.