ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası keçirildi
6 Aprel, 2023

“Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası keçirildi
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AzStand) tərəfindən təsis edilən “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 36) növbəti iclası keçirilib.
Görüşdə Azərbaycan Standartlaşdırma İnstitutu PHŞ-nin, “AzerGold” QSC-nin, “Azərsuvenir” MMC-nin, “Azərbaycan Zərgərlər Assosiasiyası” İB-nin, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi” Agentliyinin (AZPROMO), İqtisadi Zonaların İnkişafı Agentliyinin, “Levata Group” MMC-nin, “Unique Group” MMC-nin, “Tac Gold” MMC-nin, “Shakh Filigree”, "Dr. Jeweler" şirkətinin nümayəndələri və fiziki şəxslər iştirak ediblər.
İclasda qiymətli metallar və qiymətli daşlar sahəsinin inkişafı istiqamətində görülən işlər, həmçinin Texniki Komitəyə təqdim edilən AZS ISO 8653:2023 "Zərgərlik məmulatları. Üzük ölçüləri, anlayışlar, ölçülər və adı" və AZS XXX:2023 "Gümüş külçələr. Texniki şərtlər"  dövlət standartlarının layihələri müzakirə edilib. Sonda dövlət standartlarının layihələrinin qəbulu üçün Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim edilməsinə dair qərar verilib.

 

Tarix:

6 Aprel, 2023