Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTAND) tərəfindən təsis edilən “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin (AZSTAND/TK 36) növbəti iclası keçirilib.
İclasda AZSTAND-la yanaşı, Agentliyin tabeliyində olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi, “AzərGold” QSC,Azərbaycan Zərgərlər Assosiasiyası, “Levata” MMC, “Minalı Jewellery” və zərgərlik sahəsində fəaliyyət göstərən digər yerli şirkət və brendlərin nümayəndələrindən ibarət Texniki Komitə üzvləri iştirak ediblər.
İclas zamanı qiymətli daşlar və qiymətli metallar üzrə iki dövlət standartı layihəsi AZSTAND/TK 36-nın üzvləri tərəfindən müzakirəyə çıxarılıb. Layihə üzrə fikir mübadiləsi aparıldıqdan sonra konsensus əsasında qərar qəbul edilərək AZSTAND-a müraciət olunub.
Eyni zamanda iştirakçılara Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) ISO/TC 174 “Jewellery and Precious Metals” (Zərgərlik və qiymətli metallar) üzrə Texniki Komitəsində iki mövcud standartın dövri yoxlanmasının aparılması və yeni standart layihəsinin səsverməyə çıxarılması barədə məlumat təqdim edilib.
İclasın sonunda AZSTAND/TK 36-nın tərkibinə yeni üzvlərin seçilməsi ilə bağlı səsvermə keçirilib.




