İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AzStand) tərəfindən təsis edilmiş “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 36) növbəti iclası keçirilib.
İclasda “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin, “AzerGold” QSC-nin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Azərsuvenir” MMC-nin, “Azərbaycan Zərgərlər Assosiasiyası” İB-nin, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi” Agentliyinin (AZPROMO), İqtisadi Zonaların İnkişafı Agentliyinin, “Levata Group” MMC-nin, “Unique Group” MMC-nin, “Tac Gold” MMC-nin, “Shakh Filigree”, "Dr. Jeweler" şirkətinin nümayəndələri iştirak ediblər.
İclasda qiymətli metallar və qiymətli daşlar sahəsinin inkişafı istiqamətində görülən işlərdən, Texniki Komitənin fəaliyyət istiqaməti haqqında təkliflərdən və 2023-cü il üçün fəaliyyət planına daxil olan standartlardan danışılıb və fəaliyyət planı müzakirə edilib.
Həmçinin, Texniki Komitənin tərkibində dəyişikliklər edilərək yeni üzvlər qəbul edilib.