ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin strukturu yenilənib.
3 Aprel, 2024

Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2023-cü il tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”ının Tədbirlər Planına əsasən, beynəlxalq təcrübə nəzərə alınmaqla, standartlaşdırma üzrə texniki komitələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin 30 aprel 2021-ci il tarixli, 212323400045 saylı əmri ilə təsis edilən və “AzerGold” QSC-nin bazasında fəaliyyət göstərən “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 36) yeni strukturu təsdiq edilib.

Texniki Komitənin əsas məqsədi qiymətli metallar, qiymətli daşlar sahəsində aparılan işlərin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından, dövlət standartlarının işlənib hazırlanmasının və ekspertizasının təşkilindən, eyni zamanda müvafiq beynəlxalq və dövlətlərarası texniki komitələrin işində iştirak etməkdən ibarətdir.

AZSTAND/TK 36-nın yeni strukturuna İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, AzerGold” QSC, Təhsildə Keyfiyyətə təminat Agentliyi, “Azərbaycan Zərgərlər Assosiasiyası” İB, “Levata Group” MMC və “Unique Group” yanaşı AZPROMO, İqtisadi Zonaların İnkişafı Agentliyi, “Tac Gold” MMC, “ShakhFiligree”,  “Dr Jeweler”, “AARON’S” və“İrs traditional Jewellery” zərgərlik brendləri, “Lilex” MMC, və digər fərdi sahibkarlar və fiziki şəxslər daxil edilib.
 

 

Tarix:

3 Aprel, 2024