Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) tərəfindən təsis edilən “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırması üzrə Texniki Komitənin (AZSTAND/TK 36) növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "Azərsuvenir" MMC, İqtisadiyyat Nazirliyi, “AzerGold” QSC, Zərgərlər Assosiasiyası, digər təşkilatların nümayəndələri və sahə üzrə ekspertlər iştirak ediblər.
İclas zamanı zərgərlik sənayesinin inkişafı istiqamətində 2024-cü il üzrə Fəaliyyət Planında qeyd edilən yeni standart layihələri səsverməyə qoyulub və yekdilliliklə qəbul edilib.
Həmçinin Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) “Zinət əşyaları və qiymətli metallar” (Jewellery and precious metals) standartlaşdırması üzrə Texniki Komitənin (ISO/TC 174) növbəti keçiriləcək iclasında Komitə üzvlərinin istirakı, AZSTAND/TK 36-nın işçi qruplarının qarşısında duran vəzifələr və digər məsələlər müzakirə edilib.
Sonda qiymətli daşlar üzrə təcrübə mübadiləsi və təlimlərin təşkil edilməsi təklifi irəli sürülüb.