ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Qiymətli metallar və qiymətli daşlara dair dövlət standartları təsdiq edilib
11 Oktyabr, 2021

Ölkədə istehsal olunan və satılan zərgərlik məmulatlarına dair keyfiyyət meyarlarının yaradılması məqsədilə beynəlxalq standartların son versiyaları əsasında AZS ISO 9202:2021 “Zərgərlik məmulatları və qiymətli metallar. Qiymətli metalların ərintilərinin əyarları” və AZS ISO 18323:2021 “Zərgərlik məmulatları – Almaz sənayesində istehlakçıların inamı” dövlət standartları təsdiq edilib.

Standartlar “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Yeni standartların tətbiqi zərgərlik sənayesində istifadə olunan qiymətli metalların ərintilərinin əyarlarını, almaz, emal olunmuş almaz, sintetik almaz, kompozit almaz və almaz imitasiyalarını təsvir etmək üçün təlimatları müəyyənləşdirməyə xidmət edəcək.

Qeyd edək ki, standart layihələrinin müzakirəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, “AzərGold” QSC-nın, Azərbaycan Zərgərlər Assosiasiyasının və digər aidiyyəti qurumların mütəxəssisləri iştirak edib.

Tarix:

11 Oktyabr, 2021