ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Qızıl və qızıl ərintiləri sahəsində yeni dövlət standartı qəbul edilib
7 May, 2025

Yeni dövlət standartının tətbiqi qiymətli metal sənayesində şəffaflıq və etibarlılığın təmin olunmasına, eləcə də beynəlxalq və yerli bazarlarda daha yüksək keyfiyyətli məhsulların təqdim edilməsinə imkan yaradacaq. 

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ГОСТ 6835:2025 “Qızıl və onun əsasında hazırlanmış ərintilər. Markalar” yeni  dövlət standartı  qəbul edilib.

Bu standart qızıl və onun əsasında hazırlanmış qızıl ərintilərin kimyəvi tərkibini, markalanmasını və istehsalında tətbiq ediləcək texniki tələbləri müəyyənləşdirmək məqsədilə işlənib hazırlanıb.

Sözügedən standart “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırılma üzrə Texniki Komitədə (AZSTAND/TK 36) konsensus əsasında təsdiqlənib və AZSTAND tərəfindən Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

 

 

Tarix:

7 May, 2025