ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Radio avadanlığı və xidmətləri üçün elektromaqnit uzlaşmasına dair yeni dövlət standartı qəbul edilib.
29 Dekabr, 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ETSI/EN 301 489-1 V2.2.1:2023 “Radio avadanlığı və xidmətləri üçün Elektromaqnit uzlaşması (EMC) standartı; 1-ci hissə: Ümumi texniki tələblər; Elektromaqnit uzlaşması üçün uyğunlaşdırılmış standart” dövlət standartı qəbul edilib.

Sözügedən standart elektromaqnit uzlaşması ilə bağlı, yayım qəbulediciləri istisna olmaqla, radio avadanlığı və əlaqədar köməkçi avadanlıq üzrə ölçmə metodları və texniki xüsusiyyətləri ehtiva edir.

Bu standart “İnformasiya-kommunikasiya texnologiyaları” (AZSTAND/TK 05) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

 


 

Tarix:

29 Dekabr, 2023