ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Respublikada fəaliyyət göstərən müəssisə və təşkilatların mütəxəssislərinin peşəkarlığını və səriştəliliyini artırmaq məqsədilə beynəlxalq standartlar (İSO) əsasında təlimlər keçirilmişdir
16 Fevral, 2021

Koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasına və fəaliyyətimizin ayrı-ayrı sahələrində risklər yaratmasına baxmayaraq, ölkə rəhbərliyi tərəfindən mərhələli tədbirlər görülmüş və sonda təşkil olunmuş tədbirlər öz müsbət nəticəsini vermişdir.

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Təlim-tədris Mərkəzi -İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması orqanı  “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının  2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununa əsasən standartlaşdırma üzrə milli orqan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramlarının və Strateji Yol Xəritələrinın müvafiq bəndlərini təmin edilməsi üçün Respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlara kömək göstərmək məqsədilə İSO  standartları əsasında davamlı olaraq onlayn formatda təlimlərin keçirilməsini təşkil etmişdir.

Belə ki, Institut ölkədə ayrı-ayrı sahələrdə işləyən mütəxəssislərin peşəkarlığını və səriştəliliyini beynəlxalq standartların tələblərinə uyğunlaşdırmaq üçün təlimlərin canlı keçirilməsi mümkün olmadığından, bu təlimlərin onlayn formatda keçirilməsini planlaşdırılmış və “İSO/İEC 27001:2013 İnformasiya Təhlükəsizliyi.Təhlükəsizlik metodları.İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri.Tələblər” mövzusu üzrə 01-05 fevral 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 5 nəfərinə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC – nin 3 nəfərinə və “Exspressbank” ASC-nin 1 nəfərinə təlimin keçirilməsi təşkil edilmişdir. Eyni zamanda 08-12 fevral 2021-ci il tarixlərində  İSO 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə olan ümumi tələblər” mövzusu üzrə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 3 nəfərinə, “Solab” MMC-nin 1 nəfərinə, “Metak” MMC-nin 1 nəfərinə və digər 2 nəfər fiziki şəxsin təlimdə iştirakı və təlimin   keçirilməsi təşkil olunmuşdur. Təlimlər Türkiyə Respublikasının  “Esenek” Eğitim Mərkəzinin rəhbəri Halil Çelik Alaettin oğlu tərəfində aparılmışdır.

        

Təlim-tədris mərkəzi-İdarəetmə

sistemlərinin və personalın

sertifikatlaşdırılması orqanının direktoru                                               Saday Əliyev

 

Tarix:

16 Fevral, 2021