ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Salyan rayon 2 saylı tam orta məktəbin şagirdləri AZSTAND-ın Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasında ekskursiyada oldular
18 Aprel, 2022

Salyan rayon 2 saylı tam orta məktəbin direktoru və 10-cu sinif şagirdləri peşə seçimi məqsədi ilə  “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin (AZSTAND) Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasında ekskursiyada oldular.

Şagirdlərə laboratoriyanın fəaliyyəti, fiziki-kimyəvi analizlər barədə geniş məlumat verildi və şirələrdə quru maddənin təyini, suyun pH göstəricisi, çörəyin nəmliyi, unda küllülük kimi sınaqları nümayiş etdirildi.

Mikrobioloji laboratoriyada 4-cü qrup üzrə hazırlaşan şagirdlərə bağırsaq çöpü qrupundan olan bakteriyaların analizi göstərildi. Şagirdlər əvvəlcədən hazırlanmış bağırsaq çöpü nümunəsinə mikroskopla baxdılar.

Sonda məktəbin direktoru və şagirdlər laboratoriyanın peşəkar kollektivinə, göstərilən diqqətə və faydalı məlumatlara görə təşəkkür etdilər. Salyan rayonunda belə bir laboratoriyanın fəaliyyət göstərməsinə çox sevindiklərini qeyd edərək belə ekskursiyaların tez-tez olacağını vəd etdilər.

 

 

 

 

Tarix:

18 Aprel, 2022