Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin və Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının rəhbərliyi 44 günlük Vətən müharibəsində şəhid olmuş Elvin Babayev, Cəbrayıl Mikayılov, Ələkbər Ələsgərov, Vüqar Məmmədov və Mirhəmid Qasımlının ailə üzvlərini ziyarət ediblər.