Azərbaycan Standartlaşdırma İnstitutunda “SOCAR Polymer”, “Azərişıq”, “Predsol” və ‘’STV Engineering” təşkilatlarının əməkdaşları üçün İSO 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə olan ümumi tələblər” standartı əsasında audit təlimi keçirilib.
Təlim Türkiyənin “Esenek” Eğitim Merkezi”nin rəhbəri Halil Çelik tərəfindən beynəlxalq “İRCA” təşkilatının proqramı əsasında baş tutub.
Təlim proqramı laboratoriyalarda işin səriştəli və peşəkarcasına təşkilinə, etibarlı nəticələrin nümayiş etdirilməsinə və etimad səviyyəsinin artırılmasına imkan verir.