ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

SMIIC-in Texniki komitələrinin iclaslarında iştirak edilib
16 Oktyabr, 2023

Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) əməkdaşları İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) Texniki Komitələrinin Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən iclaslarında iştirak edib.

02 oktyabr- 06 oktyabr tarixlərində keçirilən iclasda “Uyğunluğun Qiymətləndirilməsi  Standartlar üzrə SMIIC Komitəsi” və TK 1 “Halal Qida Məsələləri”, TK 2 “Halal Kosmetika Məsələləri”, TK 3 “Xidmət Sahəsi Məsələləri”, TK 4 “Enerji Səmərəliliyi və Bərpa Olunan Enerji”, TK 5 “Turizm və Əlaqədar Xidmətlər”, TK 6 “Kənd Təsərrüfatı Məhsulları” , TK 7 “Nəqliyyat”, TK 8 “Dəri və aşılayıcı material”, TK 9 “Tekstil və əlaqədar məhsullar”, TK 10 “Halal Təchizat Zənciri”, TC 11 “Halal İdarəetmə Sistemləri”, TK 13 “Zərgərlik”, TK 14 “Neft və əlaqədar məhsullar”, TK 15 “Terminologiya Komitəsi”, TK 16 “Əczaçılıq Məsələləri”, TK 17 “Əl işi” standartlaşdırma üzrə Texniki Komitələrin iclaslarında Malayziya, Qətər, Misir, İran, Pakistan, Bosniya Herseqovina, Türkiyə, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Əfqanıstan, Sudan, Fələstin, Səudiyyə Ərəbistan və digər ölkələrin Standartlaşdırma Qurumlarının nümayəndələri iştirak edib.

Tədbir zamanı sözügedən komitələrin hazırladığı standartların layihələrinə dair üzv ölkələr tərəfindən verilən rəy və təkliflər müzakirə edilib, işçi qrupların hesabatı, eləcə də layihələr üzrə səsvermə keçirilib.

Tarix:

16 Oktyabr, 2023