19.07.2022-ci il tarixində SOCAR “Azəriqaz” İstehsalat Birliyi ilə “Azərbaycan Standartlaşma İnstitutu” PHŞ-nin (AZSTAND) rəhbər heyəti arasında əməkdaşlıq görüşü keçirilmişdir. Görüş zamanı “Azəriqaz” İB-nin və AZSTAND-ın fəaliyyətləri haqqında ətraflı məlumat verilmiş, əməkdaşlıq prespektivləri barədə geniş müzakirələr aparılmışdır. Görüşdə istehlakçılar tərəfindən istifadə olunan qaz cihazları və avadanlıqlarının müvafiq normativ sənədlərin tələblərinə uyğunluğunu müəyyən etməklə müştəri məmnuniyyətinin artırılmasına nail olunacağı bildirilmişdir.
Görüşün nəticəsi olaraq hər iki qurumun rəhbəri əməkdaşlığın genişləndirilməsi üçün çərçivə müqaviləsinin hazırlanması və imzalanması barədə razılıq əldə edilmişdir.