ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Standartlaşdırma, Metrologiya, Sertifikatlaşdırma və Akkreditasiya üzrə Dövlətlərarası Şuranın (MQS) 64-cü iclası keçirilib.
19 Dekabr, 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun nümayəndə heyəti Belarusa səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti  Minsk şəhərində keçirilən MDB ölkələrinin  “Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası”nın (МГС) 64-cü iclasında iştirak edib.

İclasda MDB ölkələrinin standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya üzrə milli orqanlarının, MDB-nin İcraiyyə Komitəsinin və Dövlətlərarası Şuranın Standartlar Büronun, həmçinin müşahidəçi qismində Avrasiya İqtisadi Komissiyası, Belarus və Rusiyanın sənaye və biznes təşkilatlarının nümayəndə heyətləri iştirak edib.

Tədbirdə MDB-yə üzv olan dövlətlərin milli orqanlarında aparılan işlər, МГС-in elmi-texniki komissiyaların qərarlarının icrasının həyata keçirilməsi, informasiya təminatı və rəqəmsal transformasiya,  standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya fəaliyyətinin təkmilləşdirilməsi üçün prioritet istiqamətlərin müəyyən edilməsi, o cümlədən, MГС-in fəaliyyətinin müxtəlif istiqamətləri üzrə bir sıra məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilmişdir. Müzakirələrin nəticələrinə əsasən iclasın yekununda Protokol imzalanıb.

Eyni zamanda, tədbir çərçivəsində AZSTAND-ın nümayəndələri Belarusun standartlaşdırma və metrologiya üzrə milli qurumları ilə ikitərəfli görüşlər keçirib, qurumlar arasında əlaqələrin inkişafı və təcrübə mübadiləsi  mövzusunda müzakirələr aparılıb, həmçinin Belarus Standartlar İnstitutunun sınaq laboratoriyalarına baxış keçirilib.


 

Tarix:

19 Dekabr, 2023