ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası çərçivəsində (MQS) Uyğunluğun qiymətləndirilməsi üzrə elmi-texniki komissiyasının 48-ci iclası keçirilmişdir.
16 Noyabr, 2021

16 noyabr 2021-ci il tarixində Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası çərçivəsində (MQS) Uyğunluğun qiymətləndirilməsi üzrə elmi-texniki komissiyasının 48-ci iclası keçirilmişdir.

İclasda Azərbaycan, Belarusiya, Rusiya Federasiyası, Moldova, Özbəkistan və Qırqızıstanın standartlaşdırma üzrə milli orqanlarının nüməyəndələri və eyni zamanda MQS-in və MDB Katibliyinin əməkdaşları iştirak etmişdilər.

Tədbir zamanı “MDB-nin iştirakçı dövlətləri arasında qarşılıqlı ticarətdə texniki maneələri haqqında Saziş”in layihəsinin razılaşdırılması, MDB çərçivəsində uyğunluğun qiymərtləndirilməsi sahəsi üzrə texniki maneələrin yarandığı halda məlumat mübadiləsi, məhsulların və xidmətlərin keyfiyyət sahəsində əldə olunan nailiyyətlər üzrə MDB-nin Mükafatı üzrə müsabiqənin yeni qaydalara uyğun (EFQM) tədricən keçməsi, uyğunluğun qiymətləndirilməsi üzrə elmi-texniki komissiyasının yeni tərkibinə və digər məsələlərə baxılmışdır.

Tarix:

16 Noyabr, 2021