ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının (MQS) təşkilatçılığı ilə standartlaşdırma üzrə texniki komitələr üçün seminar keçirilib
3 Mart, 2022

 

01-02 mart 2022-ci il tarixlərində Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası (MQS) çərçivəsində Standartlar Bürosu və МТК 536 “Dövlətlərarası standartlaşdırmanın metodologiyası” dövlətlərarası texniki komitə (MTK) ilə birlikdə “MTK -nin işi üzrə illik hesabatların hazırlanması. Təkliflərin 2022-2023-cü illər üzrə Dövlətlərarası Standartlaşdırma Proqramına daxil edilməsi (ПМС 2022-2023)” mövzusunda seminar keçirilib.

Seminarda 24 ölkənin milli standartlaşdırma qurumları, o cümlədən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND), 81 dövlətlərarası texniki komitə, 180-dən çox standartlaşdırma üzrə mütəxəssis (dövlətlərarası texniki komitələrin sədrləri, katibləri, üzvləri) iştirak etmişdir.

Seminarın məqsədi ГОСТ 1.6-2019 və ГОСТ 1.4-2020 dövlətlərarası standartların tələbləri nəzərə alınmaqla dövlətlərarası texniki komitələrin dövlətlərarası standartlaşdırmada rolu və vəzifələrinə yenidən baxılması və müzakirəsindən ibarət olmuşdur. Seminarın sonunda dəyərmi masa təşkil edilib və seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Tarix:

3 Mart, 2022