Standartlaşdırmada işlərin səmərəli təşkil edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, razılaşdırılması, ekspertizası, qəbul edilməsi, dövlət reyestrinə və fonduna daxil edilməsi, dəyişikliklər edilməsi və nəşri Qaydaları”na dair qərarına uyğun olaraq AZS 887:2020 “Standartlaşdırma sahəsində normativ sənədlərin işlənib hazırlanması, ekspertizası, yenidən baxılması və dəyişikliyin edilməsi üzrə dəyərin qiymətləndirilmə metodikası” dövlət standartı işlənib hazırlanmışdır. Bu standartın hazırlanması 2014-2016-cı illərdə Tvininq layihəsi çərçivəsində müzakirə olunmuş və standartlaşdırma haqqında qanun qüvvəyə mindikdən sonra qəbul olunması tövsiyə olunmuşdur. Standart ümumiləşdirilmiş və sahənin xüsusiyyətləri nəzərə alınaraq işlənmişdir.
Standart layihəsi Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən hazırlanmış və “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK-08) müzakirəyə çıxarılmışdır.
AZS 887:2020 dövlət standartının layihəsi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə razılaşdırılaraq Azərbaycan Standartlaşdırma İnstitutunun 202323400058 saylı 20 avqust 2020-ci il tarixli əmri ilə təsdiq edilmiş və qüvvəyə minmə tarixi 20 avqust 2020-ci il müəyyən edilmişdir.