18-20 may 2022-ci il tarixlərində Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın Standartlaşdırma üzrə Elmi-Texniki Komissiyasının hibrid formatda 63-cü iclası keçirilmişdir.
Tədbirin təşkilatçısı Rusiya Federasiyasının Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyi (Rosstandart) olmuşdur.
İclasın işində Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Moldova Respublikası, Tacikistan Respublikası, Özbəkistan Respublikası və digər dövlətlərin standartlaşdırma üzrə milli orqanlarının, habelə MDB İcraiyyə Komitəsinin və Standartlar üzrə Büronun nümayəndələri iştirak etmişdirlər.