15 noyabr 2022-ci il tarixində dövlətlərarası Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma Şurasının Standartlaşdırma üzrə Elmi-Texniki Komissiyasının 64-cü iclası keçirilib.
İclasda Azərbaycan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan, Tacikistan Respublikası, Özbəkistan Respublikası, Rusiya Federasiyası və digər ölkələr, habelə MDB İcraiyyə Komitəsi və Standartlar Bürosunun iştirakçı dövlətlərinin standartlaşdırılma üzrə milli orqanlarının nümayəndələri iştirak edib.
İclas zamanı iştirakçılar tərəfindən 2030-cu ilə qədər olan dövr üçün Dövlətlərarası Standartlaşdırma Şuranın inkişaf strategiyasının həyata keçirilməsinə dair hazırlanmış Tədbirlər Planının icrası, beynəlxalq əməkdaşlıq məsələləri, 2022-2023-cü illər üçün dövlətlərarası Standartlaşdırma proqramının icrası, o çümlədən 2022-2026-cı illər üçün dövlətlərarası standartlaşdırma üzrə işlərin prioritet sahələrinin siyahısının hazırlanması müzakirə edilib.
Müzakirələrin nəticələrinə əsasən iclas iştirakçıları standartlaşdırma sahəsində razılaşdırılmış siyasətə dair tövsiyələr qəbul edib.