ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Standartlaşdirma üzrə Elmi-Texniki Komissiyasinin növbəti iclasi keçirilimişdir
30 Mart, 2022

29 mart 2022-ci il tarixində dövlətlərarası standartlaşdırma üzrə işlərin prioritet istiqamətləri siyahısına təkliflərin baxılması və müzakirəsi məqsədi ilə Azərbaycan Respublikasının, Belarus Respublikasının, Qazaxıstan Respublikasının  və digər respublikaların standartlaşdırma üzrə milli orqanlarının nümayəndələrinin, habelə Standartlaşdırma Bürosunun nümayəndələrinin iştirakı ilə Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası (МГС) çərçivəsində Standartlaşdırma üzrə Elmi-texniki komissiyasının videokonfrans formatında işçi müşavirəsi keçirilmişdir.

Müşavirədə dövlətlərarası standartlaşdırma sahəsində fəaliyyətinin nəticələri və problemləri, habelə dövlətlərarası standartlaşdırma sahəsində standartlaşdırma bürosuna daxil olmuş prioritet istiqamətlər üzrə təkliflər barədə məlumat vermişdir. İclas zamanı milli standartlaşdırma orqanlarının nümayəndələri Standartlaşdırma Bürosuna istiqamətlənmiş mövqelərini, eləcə də dövlətlərarası standartlaşdırma sahəsində prioritet istiqamətlər üzrə görüşləri, həmçinin milli standartlaşdırma sahəsində prioritet istiqamətlərin müəyyənləşdirilməsi xüsusiyyətlərini şərh ediblər.

 

Müşavirənin yekunlarına görə, Büroya prioritet istiqamətlərinin formalaşma mexanizminə, prioritet istiqamətlər üzrə təklifləri göndərmək, prioritet istiqamətlərinin altına düşən işlərin həyata keçirilməsində stimullaşdırma mexanizminin müəyyən edilməsi tövsiyə olunmuşdur.

Tarix:

30 Mart, 2022