ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Standartlaşdırma üzrə texniki komitələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə iclas keçirilib
13 Aprel, 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Təşkilati, metodoloji və ümumi texniki standartlar” üzrə Texniki Komitənin (AZSTAND/TK 37)  növbəti iclası keçirilib.
İclasda Azərbaycan Standartlaşdırma İnstitutunun, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “AzerGold” QSC-nin, Azərbaycan Milli Elmlər Akademiyası Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun  nümayəndələri iştirak ediblər.
İclasda AZS ISO/IEC GUİDE 2-2012 (ISO/IEC GUIDE 2:2004) “Standartlaşdırma və əlaqəli fəaliyyətlər. Ümumi lüğət”, AZS 1.4:1996 “Azərbaycan Respublikasının Standartlaşdırma Sistemi. Müəssisə standartları Ümumi müddəalar”, AZS 1.6:1996 “Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma Sistemi. Sahə standartlarının işlənib hazırlanması, razılaşdırılması, təsdiq edilməsi və qeydiyyatı qaydaları” dövlət standartlarının dövrü yoxlamalarının nəticələri haqqında qərar qəbul edilib. 
“Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələrək beynəlxalq təcrübə nəzərə alınmaqla, standartlaşdırma üzrə texniki komitələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.
 

Tarix:

13 Aprel, 2023