2021-ci il 31 avqust tarixində Standartlaşdırma və Uyğunluğun qiymətləndirilməsi üzrə Azərbaycan-İsrail İşçi qrupunun 1-ci iclası keçirilmişdir. İclasda Azərbaycan Standartlaşdırma İnstitutunun, Azərbaycan Akkreditasiya Mərkəzinin, Azərbaycan Metrologiya İnstitutunun və İsrailin standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi üzrə məsul şəxsləri iştirak etmişdirlər.
Tədbirdə hər iki ölkədə standartlaşdırma üzrə texniki komitələrin fəaliyyəti, beynəlxalq standartların tətbiqi, istehsal olunan məhsulların texniki səviyyəsinin, təhlükəsizliyinin, keyfiyyətinin və rəqabətqabiliyyətinin artırılması, onların dünya bazarına çıxışının təmin edilməsi, bazarın və istehlakçıların tələblərinə, istehsal prosesinə, eləcə də keyfiyyətin qiymətləndirilməsi və xidmət sferasının təşkilinə müasir yanaşmanın təmin olunması istiqamətində aparılan işlər və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.
Eyni zamanda sözügedən iclasda standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi üzrə Azərbaycan-İsrail əlaqələrinin inkişafı etdirilməsi və gələcəkdə qarşılıqlı tədbirlərin həyata keçirilməsi barədə razılıq əldə edilmişdir.