2 dekabr 2021-ci il tarixində Standartlaşdırma və Uyğunluğun qiymətləndirilməsi üzrə Azərbaycan-Serbiya İşçi qrupunun ikinci iclası keçirilmişdir. İclasda “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin və Serbiya Standartlaşdırma İnstitutunun standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi üzrə məsul şəxsləri iştirak etmişdirlər.
Tədbir zamanı hər iki Institutun Beynəlxalq Standartlaşdırma Təşkilatında (İSO) və Avropa Standartlaşdırma Komitəsində (CEN) fəaliyyətindən, eləcə də ölkədə beynəlxalq və Avropa standartlarının tətbiqindən, maraqlı tərəflərin standartlaşdırma prosesinə cəlb edilməsindən, uyğunluğun qiymətləndirilməsi qurumlarının fəaliyyətindən ətraflı məlumat verilmişdir.
Görüşün sonunda iştirakçılar tərəfindən qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.