ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Standartlaşdırmada gender bərabərliyi” mövzusunda tədbir keçirilib.
6 Mart, 2024

Tədbirin keçirilməsində məqsəd ölkədə qadın hüquqları və gender bərabərliyi sahəsində dövlət siyasəti, institusional mexanizmlər, normativ hüquqi aktların tətbiqini təşviq etmək və qadınların standartlaşdırma fəaliyyətinə cəlb edilməsini stimullaşdırmaqdır.

İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə “Standartlaşdırmada gender bərabərliyi” mövzusunda tədbir keçirilib. Tədbirdə dövlət və özəl qurumların nümayəndələri, biznes assosiasiyalarının təmsilçiləri və digər maraqlı tərəflər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Standarlaşdırma İnstitutunun direktoru İlham Bayramov standartlaşdırmada gender bərabərliyinin təmin edilməsinin əhəmiyyəti, bu istiqamətdə AZSTAND tərəfindən görülən işlər və beynəlxalq əməkdaşlıq barədə məlumat verib. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə öz növbəsində çıxışında qadın hüquqlarının təmin olunması, cəmiyyətdə və dövlət idarəçiliyində qadınların rolunun artırılması məsələlərinə toxunub. 
Tədbir zamanı Azərbaycanda qadın sahibkarlığının inkişafı, təhsildə gender bərabərliyi, informasiya texnologiyaları sahəsində qadınların inkişaf perspektivləri, gender bərabərliyini təmin edən standartlar və digər mövzularda çıxışlar dinlənilib. hüquqları və gender bərabərliyinin qorunmasında dövlətin məsuliyyəti, bu sahədə müvafiq proqramların hazırlanması və icrası ətrafında fikir mübadiləsi aparılıb. 

Gender bərabərliyini təmin edən standartlar hazırlanarkən qadın və kişilərin ehtiyacları, onların fiziki baxımdan müxtəlifliyinin eyni dərəcədə nəzərə alınmasının vacibliyi vurğulanıb.

Bundan əlavə, Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının təşviqi üzrə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında konvensiya" da daxil olmaqla, beynəlxalq sazişlərin qəbulundan söz açılıb.  
 

Tarix:

6 Mart, 2024