Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Su və meliorasiya Elmi Tədqiqat İnstitutunun nəzdində təsis olunmuş “Su ehtiyatları və meliorasiya sahəsi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 48) növbəti iclası keçirilib.
İclas zamanı 3 yeni dövlət standartı layihəsinin qəbulu və 6 dövlət standartının dövri yoxlanmasının aparılması məsələləri müzakirə olunub. Müzakirələrin yekununda həmin standart layihələrinin daha da təkmilləşdirilməsi qərara alınıb.
İclasın sonunda AZSTAND/TK 48-in tərkibində 2 alt komitənin yaradılması barədə razılığa gəlinib.

