ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

"Taxıl və taxıl məhsulları"nın standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 30) növbəti iclası keçirilmişdir.
13 İyul, 2021

Səfərbərlik və dövlət ehtiyatlarının mövcud vəziyyətinin müəyyən edilməsi, idarə edilməsinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması və tədbirlərin icrasına nəzarətin həyata keçirilməsi məqsədi ilə yaradılmış Komissiyanın ölkənin ərzaq təhlükəsizliyi baxımından taxıl məhsulları üzrə təchizat dayanıqlığının müzakirəsi məqsədi ilə 2020-ci ilin 25 iyul tarixində videokonfrans formatında keçirilmiş müşavirəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinə müvafiq dövlət standartlarının işlənib hazırlanması tapşırığının (Protokolun 5 nömrəli bəndi) icrasından irəli gələrək “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs (AZSTAND) tərəfindən yaradılmış "Taxıl və taxıl məhsulları"nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK30) nümayəndələrinin 02.07.2021-ci il tarixində  təşkil etdiyi “Buğda unundan hazırlanan çörək. Texniki şərtlər” standart layihəsinin redaksiyasına baxılması ilə bağlı onlayn formatda növbəti iclası keçirilmişdir.

AZSTAND/TK 30-un həmin iclasında “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik Hüquqi Şəxsin (AZSTAND) "Aqrar və qida sənayesinin standartlaşdırılması şöbəsi"nin müdiri və Texniki Komitənin sədri Bayram Əliyev, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin və TK-nın digər  nümayəndələri iştirak etmişdilər.

Texniki Komitənin müzakirəyə çıxartdığı AZS “Buğda unundan hazırlanan çörək. Texniki şərtlər” standart layihəsi müzakirə edildi və qəbul edilməsi məqsədəuyğun hesab edildi.

Tarix:

13 İyul, 2021