ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Taxıl və taxıl məhsullarına aid yeni dövlət standartları qəbul edilib
9 İyun, 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən türk standartları əsasında AZS TS 13412:2023 “Dəmirlə zənginləşdirilmiş buğda unu”, AZS TS 3997:2023 “Çəltik” dövlət standartları qəbul edilib.
Buğda ununun tərkibində dəmirin çatışmazlığı insanlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Unun tərkibinin zənginləşdirilməsi əhalinin sağlamlığını möhkəmləndirməyə, məhsulun keyfiyyətini və qida dəyərini artırmağa xidmət edir. AZS TS 13412:2023 “Dəmirlə zənginləşdirilmiş buğda unu” standart dəmirlə zənginləşdirilmiş buğda ununu əhatə edir.
“Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” üzrə qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetirilir. Respublikamızda çəltik istehsalı kənd təsərrüfatında vacib sahələrdən biri olduğundan bu sahədə məhsuldarlığın daha da artırılması, keyfiyyətinin yaxşılaşdırılması, beynəlxalq standartlara uyğunlaşdırılması, istehlakçılarda etibarın formalaşdırılması və həmin məhsulun keyfiyyəti haqqında dəqiq informasiya əldə etməsini təmin etmək məqsədi ilə yeni dövlət standartının qəbul edilməsinə ehtiyac yaranıb.
Yeni dövlət standartları  “Taxıl və taxıl məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 30) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

 

Tarix:

9 İyun, 2023