ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Təbii mineral müalicəvi içməli və balneoloji su ehtiyatları” standartlaşdırma üzrə Texniki Komitənin iclası keçirilib
17 Mart, 2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən “Təbii mineral müalicəvi içməli və balneoloji su ehtiyatları” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 55) ilk iclası keçirilib.

İclasda AZSTAND nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin  təmsilçiləri iştirak ediblər.

İclas zamanı təbii mineral müalicəvi içməli və balneoloji sulara dair yeni dövlət standart layihəsinin hazırlanması müzakirə edilib. Bildirilib ki, bu standart layihəsinin hazırlanmasında məqsəd ölkə ərazisində yerləşən yeraltı su mənbələrindən götürülən müxtəlif kimyəvi tərkibə malik təbii mineral müalicəvi içməli və balneoloji suların istifadəsinin tənzimlənməsidir.

Sözügedən iclasda həmçinin “2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” çərçivəsində Texniki Komitənin fəaliyyət planının icrasına dair fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.

Qeyd edək ki, AZSTAND/TK 55 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeliyində olan Elmi Tədqiqat Tibbi Bərpa institutu" publik hüquqi şəxsin nəzdində təsis olunub. Bu Texniki Komitənin yaradılmasında əsas məqsəd təbii mineral müalicəvi içməli və balneoloji su ehtiyatları sahəsində xidmətlərin keyfiyyətinin artırılması və beynəlxalq tələblərə uyğunlaşdırıması istiqamətində müvafiq dövlət standartlarının hazırlanmasıdır.

 

 

Tarix:

17 Mart, 2026