ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Təhsil müəssisələri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin idarəedilməsi üzrə yeni dövlət standartı qəbul edilib.
1 Mart, 2024

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunda (AZSTAND) ölkə ərazisində təhsil müəssisələri tərəfindən göstərilən xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə yeni dövlət standartı qəbul edilib.

Yeni dövlət standartı AZS ISO 21001:2024 “Təhsil təşkilatları. Təhsil təşkilatları üçün idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” təhsilalanların və digər benefisiarların tələblərinə uyğun təhsil məhsullarını və xidmətlərini təmin edən təşkilatlar üçün ümumi idarəetməni təmin edir. Standartın ölkədə tətbiqi təhsil təşkilatlarında beynəlxalq tələbləri ehtiva edən idarəetmə sisteminin yaradılmasına, tətbiqinə, təkmilləşdirilməsinə, o cümlədən təhsil sahəsində göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına şərait yaradacaqdır.

Sözügedən dövlət standartı “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırması üzrə Texniki Komitə (AZSTAND/TK 08) tərəfindən müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Tarix:

1 Mart, 2024