İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən "Tekstil sahəsi"nin standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 45) onlayn formatda növbəti iclası keçirilib.
İclas zamanı Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2023-cü il tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planına uyğun olaraq beynəlxalq standartlar, o cümlədən tekstil sahəsində mövcud olan digər standart layihələrinə dair rəy və təkliflər təqdim edilib.
Tədbirdə AZSTAND-ın nümayəndələri ilə yanaşı, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəz, Azərbaycan Metrologiya İnstitutu, “Azərxalça” ASC, “Azəripək” MMC, “MKT İstehsalat Kommersiya” MMC və “Dress Uniform” MMC-nin nümayəndələri iştirak edib.
İclas zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yeni nümayəndəsi “Tekstil sahəsi"nin standartlaşdırılması üzrə Texniki Komitəyə (AZSTAND/TK 45) səsvermə yolu ilə qəbul edilib.