İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən "Tekstil sahəsi"nin standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 45) hibrid formada iclası keçirilib.
İclasda Azərbaycan Standartlaşdırma İnstitutu, Səhiyyə Nazirliyinin“Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Metrologiya İnstitutu, “Azəripək” MMC, “Emiland” MMC və “Dress Uniform” MMC-nin nümayəndələri iştirak ediblər.
İclas zamanı texniki komitə tərəfindən 2024-cü il üzrə Fəaliyyət Planında qeyd edilən dövlət standartlarının işlənib hazırlanması müzakirə edilib. Həmçinin, beynəlxalq standartlaşdırma təşkilatının (İSO) tekstil sahəsi üzrə texniki komitəsi barədə AZSTAND/TK 45 üzvlərinə məlumat verilib.