ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Tekstil sahəsi”nin standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası keçirilib
28 Avqust, 2024

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) tərəfindən təsis edilən "Tekstil sahəsi"nin standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 45) onlayn formatda növbəti iclası keçirilib.

İclasda Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, “Dress Uniform” MMC, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti, “MKT İstehsalat Kommersiya” MMC və digər qurumlardan nümayəndələr  iştirak ediblər.

İclas zamanı Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2023-cü il tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq tekstil liflərinin sınaqlarına aid beynəlxalq standartlar seriyasına, o cümlədən namazlıq xalçalar və pambıq liflərinə aid dövlət standart layihələrinə dair müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.

Sonda səsvermə yolu ilə “Tekstil sahəsi”nin standartlaşdırılması üzrə sözügedən Texniki Komitə tərəfindən konsensus əsasında standartlar qəbul edilib.

 

 

Tarix:

28 Avqust, 2024