ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Tərəvəz toxum - əkin materialları, yetişdirilmiş məhsulların istehsalı, emalı, saxlanması, daşınması”nın standartlaşdırması üzrə Texniki Komitənin növbəti iclası keçirilib
22 Sentyabr, 2025

    Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxsin nəzdində təsis olunan “Tərəvəz toxum - əkin materialları, yetişdirilmiş məhsulların istehsalı, emalı, saxlanması, daşınması”nın standartlaşdırması üzrə Texniki Komitənin (AZSTAND/TK 26) növbəti iclası keçirilib.

İclas zamanı sözügedən Texniki Komitə tərəfindən 2 yeni dövlət standartının layihəsi, eləcə də 3 dövlət standartının dövri yoxlanılmasının nəticələrinə nəzər salınıb, həmin standart layihələrinin təsdiqi məqsədilə AZSTAND-a təqdim olunması barədə qərar qəbul edilib. Eyni zamanda AZSTAND/TK 26-nın tərkibinə yeni üzvlərin seçilməsi ilə bağlı səsvermə keçirilib.

Bundan əlavə AZSTAND/TK 26-nın üzvləri tərəfindən tərəvəzçilik sahəsi üzrə yerli coğrafi şəraitə uyğun  milli standartlaşdırma bazasının  gücləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb. 

Sonda AZSTAND-ın nümayəndələri Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun tabeliyində olan “Seleksiya şöbəsi”, “İstixana tərəvəzçiliyi şöbəsi”, “Kartofçuluq şöbəsi”, “Aqrobiotexnologiya laboratoriyası”, “Emal, saxlanma və keyfiyyət laboratoriyası”, “Bitki mühafizə laboratoriyası” və üçüncü nəsil polikarbon örtüklü torpaqsız istixanaları ilə yaxından tanış olublar.

 

 

Tarix:

22 Sentyabr, 2025