İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Təşkilati, metodolojı və ümumi texniki standartlar” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK-37) üzvi seçilməklə fəaliyyətində iştirak üçün standartlaşdırma (keyfiyyət, idarəetmə) üzrə bilik və təcrübəyə malik şəxlər dəvət olunur.
Texniki Komitənin fəaliyyət istiqaməti milli standartlaşdırma sisteminin əsasını təşkil edən əsasverici stanlaların, o cümlədən, təşkilati və metodoloji standartların işlənib hazırlanması, müvafiq sahə üzrə beynəlxalq, dövlətlərarası, regional və xarici dövlətlərin standartlarının ölkə ərazisində tətbiqi üzrə rəy və təkliflərin bildirilməsindən ibarətdir.
Qeyd edək ki, Texniki Komitə standartlaşdırma üzrə normativ sənədlərin hazırlanması məqsədi ilə maraqlı tərəflərin iştirakı ilə yaradılan və ictimai əsaslarla fəaliyyət göstərən məşvərətçi qurumdur.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2023-cü il tarixli 3721 saylı Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” nın müvafiq bəndinə uyğun olaraq beynəlxalq təcrübə nəzərə alınmaqla, standartlaşdırma üzrə texniki komitələrin fəaliyyətinin təkmilləşdirilməsi nəzərdə tutulub.
Əlaqə:
Email: office@azstand.gov.az
Telefon : (+99412) 514-96-03 (dax. 124)
Mob: (+99455) 975-05-24