ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Təşkilati, metodoloji və ümumi texniki standartlar” üzrə Texniki Komitənin (AZSTAND/TK 37) ilk iclası keçirilmişdir.
13 İyul, 2021

12 iyul 2021- ci il tarixində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin bazasında yaradılan “Təşkilati, metodoloji və ümumi texniki standartlar” üzrə Texniki Komitənin (AZSTAND/TK 37) ilk iclası keçirilmişdir. Texniki Komitənin ilk iclasında AZSTAND/TK 37-nin Fəaliyyət Planının layihəsi müzakirəyə çıxarılmış və layihəyə daxil edilən “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblər nəzərə alınmaqla yenidən işlənib hazırlanması nəzərdə tutulmuş, milli standartlaşdırma sisteminin əsasını təşkil edən əsasverici standartların vacibliyi haqqında geniş məlumat verilmişdir.

İclasda İnstitutun Baş direktorunun müavini Kəmalə Məmmədzadə və  digər əməkdaşları, eyni zamanda AZSTAND/TK 36-nın sədri Rövşən Əmircanov,  AZSTAND/TK 21-in üzvü Elvin Mahmudov, AZSTAND/TK 22-nin üzvü Aidə Nəcəfova, AZSTAND/TK 09-un üzvü Raminə Abdullayeva, AZSTAND/TK 06-nın üzvü Aytən Əlizamanlı və AZSTAND/TK 34-ün katibi Nailə Mirsəlimova iştirak etmişdir.

İclasın yekununda təqdim edilən “Təşkilati, metodoloji və ümumi texniki standartlar” üzrə Texniki Komitənin (AZSTAND/TK 37) Fəaliyyət Planının layihəsinin konsensus əsasında  qəbul edilməsi qərara alındı.

Tarix:

13 İyul, 2021