ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Təşkilati, metodoloji və ümumi texniki standartlar” üzrə yeni Texniki Komitə (AZSTAND/TK 37) yaradılmışdır.
30 İyun, 2021

Azərbaycan Standartlaşdırma İnstitutunun 29 iyun 2021-ci il tarixli 212323400062 saylı əmri ilə “Təşkilati, metodoloji və ümumi texniki standartlar” üzrə yeni Texniki Komitə (AZSTAND/TK 37) yaradılmış, Əsasnamə və Strukturu təsdiq edilmişdir.

Texniki Komitənin yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının milli standartlaşdırma və sertifikatlaşdırma sistemini tənzimləyən əsasverici standartların layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkilindən, bu sahədə mövcud olan standartların yenilənməsindən və sonrakı istifadəsi ilə bağlı təhlillərin aparılmasından eyni zamanda müvafiq beynəlxalq və dövlətlərarası texniki komitələrin işində iştirak etməkdən ibarətdir.

“Təşkilati, metodoloji və ümumi texniki standartlar” üzrə yeni Texniki Komitəyə (AZSTAND/TK 37) sədrliyi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik hüquqi şəxs həyata keçirəcəkdir.

AZSTAND/TK 37-nin strukturuna Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı Nazirlikləri, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikası Naftalan Şəhər İcra Hakimiyyəti, “AzerGold” QSC, AMEA-nın Akademik Ə.M. Quliyev adına Aşqarlar Kimyası İnstitutu və s. daxil edilmişdir.

Texniki Komitənin tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlar və istehsalçılar, ictimai birliklər, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.

Tarix:

30 İyun, 2021