ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Texniki Komitələrin nümayəndələri üçün «Standartlaşdırmanın faydaları» mövzusunda seminar təşkil olunmuşdur
17 Fevral, 2022

15 fevral 2022-ci il tarixində “Milli Standartlaşdırma Sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması üzrə Milli Planın həyata keçirilməsi üçün Azərbaycan Standartlaşdırma İnstitutuna dəstək” adlı Tvinninq layihəsi çərçivəsində “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin təşəbbüsü ilə Texniki Komitələr üçün təşkil olunmuş İsveç Standartlar İnstitutunun ekspertləri tərəfindən videokonfrans formatında «Standartlaşdırmanın faydaları» mövzusuna dair seminar keçirilmişdir.

Seminara Azərbaycan Standartlaşdırma İnstitutunun rəhbərliyi və əməkdaşları ilə yanaşı Standartlaşdırma üzrə Milli Texniki Komitələrin sədrləri, katibləri və üzvləri olmaqla 50-dən çox iştirakçı qatılmışdır.

Seminar çərçivəsində “Standartlar və standartlaşdırmanın əsas anlayışı və fəlsəfəsi”, “Texniki Komitələrin standartlaşdırmada fəal iştirakının faydaları” və “Tənzimləyici çərçivə ilə münasibətdə standartlar və standartlaşdırma fəaliyyətləri” mövzular ilə bağlı geniş müzakirələr edilmişdir. Seminarın sonunda seminarın iştirakçıları ilə İsveç Standartlar İnstitutunun ekspertləri arasında sözügedən məsələlər üzrə fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən maraqlı tərəflərin iştirakı ilə bir çox elmi-tədqiqat institutlarının, dövlət və qeyri-dövlət təşkilatlarının bazasında 2020-ci il və 2021-ci il ərzində müxtəlif sahələr üzrə 27 Texniki Komitə təsis edilmişdir. 

 

Tarix:

17 Fevral, 2022