"Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər" standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 34) növbəti iclası baş tutub.
İclas zamanı AZS 446-2010 “Universal motor yağları və avtomobil karbürator mühərrikləri üçün yağlar” və AZS 445-2010 “Turbin yağları. Texniki şərtlər” dövlət standartlarının dövrü yoxlaması və bir sıra dəyişikliklərin edilməsi barədə müzakirələr aparılıb və səsvermə yolu ilə AZS 446-2010 “Universal motor yağları və avtomobil karbürator mühərrikləri üçün yağlar. Texniki şərtlər” dövlət standartının adı dəyişdirilərək, AZS 446-2010 “Benzin mühərrikləri və universal motorlar üçün yağlar” adı ilə əvəz olunub. İclasın sonunda qeyd olunan dövlət standartlarının dövrü yoxlaması nəticəsində standartlara edilmiş dəyişikliklər konsensus əsasında qəbul edilib.