ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) növbəti iclası keçirilib.
23 May, 2024

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun əsasında yaradılan “Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) onlayn formatda növbəti iclası keçirilib.

İclas zamanı Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2023-cü il tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq beynəlxalq standartlar, o cümlədən tikinti sahəsində mövcud olan digər standart layihələri müzakirə edilmişdir.

Bununla yanaşı, Almaniyanın Metrologiya İnstitutunun (“Physikalisch-Technische Bundesanstalt” – PTB) eksperti tərəfindən gil dam örtüyü və döşəmə plitələrinə dair standartlaşdırma, sınaq və sertifikatlaşdırma xidmətləri və Calidena metodu barədə Texniki Komitə üzvlərinə məlumat verilib. Eyni zamanda Texniki Komitənin cari fəaliyyəti və qarşıda duran vəzifələri barədə fikir mübadiləsi aparılmış, təklif və təşəbbüslər dinlənilib. 

İclasda AZSTAND-ın nümayəndələri ilə yanaşı, Almaniyanın Metrologiya İnstitutunun (“Physikalisch-Technische Bundesanstalt” – PTB), Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu, “Norm” ASC, “Holcim Azərbaycan” ASC, “Mətanət A” şirkətlər qrupu, “Avanqard N” MMC, “Akkord STİK” ASC və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndələri iştirak edib.

 

Tarix:

23 May, 2024